İsrail Qəzza ilə bağlı danışıqlar üçün bütün variantları nəzərdən keçirdiyini bildirib
İsrail Qəzza zolağında saxlanılan girovların qaytarılması üçün danışıqların istənilən variantını diqqətlə nəzərdən keçirir.
Gununxeberi.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib.
"Biz hər cavabı və hər reaksiyanı diqqətlə təhlil edirik, həmçinin girovların qaytarılması missiyasının bir hissəsi olaraq danışıqlar ilə bağlı bütün mümkün variantları nəzərdən keçiririk", - deyə Haqari bildirib.