Sloveniyada Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsi anılacaq
Milli Məclisin Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev mayın 6-da Sloveniya Respublikasının Nova Qoritsa şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputat səfər çərçivəsində II Dünya müharibəsi zamanı Sloveniyada faşizmə qarşı aparılan mübarizədə həlak olmuş xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş tədbirlərə qatılacaq.
Səfər mayın 11-də başa çatacaq.
Gununxeberi.az