Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Image

 

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi  

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşü keçirilib


Gununxeberi.az  xəbər verir ki, görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən dünya dini liderlərinin görüşündə Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib.

İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesini alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.

Bəyannamədə deyilir:

“2024-cü ilin 1-3 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayədarlığı ilə təşkil olunan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda, müxtəlif ölkələrin dini liderlərinin “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyası (Bakı görüşü) və Şuşa görüşü keçirilmişdir.

Dini liderlərin Bakı və Şuşa görüşlərinin iştirakçıları – dünya və ənənəvi dinlərin liderləri, ictimaiyyət, elm xadimləri, beynəlxalq və dini təşkilatların nümayəndələri:

– Azərbaycan Respublikasının beynəlxalq müstəvidə sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafı, milli-mədəni və mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ənənələrinin təbliğində önəmli rolunu qeyd edərək,

– Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirakını və dərin məzmunlu çıxışını yüksək dəyərləndirərək;

– Azərbaycan Hökuməti tərəfindən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Görüşünə göstərilən diqqət və dəstəyi yüksək qiymətləndirərək,

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi”, “Dünya dini liderlərinin I və II Bakı sammitləri, habelə digər ölkələrdə keçirilən mühüm forumlar – “Dünya və ənənəvi dinlərin liderlərinin Astana qurultayları”, “Bəhreyn Dialoq Forumu”, “G20”, “İqlim dəyişikliyi üzrə COP”, “Səudiyyə Media Forumu” və s. bu kimi platformalarda dinlərarası dialoq məsələlərinə həsr olunmuş və qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə verən tədbirlərin əhəmiyyətini vurğulayaraq,

– Zati-Müqəddəsləri Roma Papası Fransisk və Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 4 fevral 2019-cu il tarixində Abu-Dabidə imzalanmış “İnsani Qardaşlıq və Dünyada Sülh” Birgə Sənədinin sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinə, sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğunu vurğulayaraq,

– beynəlxalq səviyyədə terrorizmin geniş miqyasda yayılması, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün və zorakılığın artması faktları ilə bağlı dərin narahatlıq ifadə edərək,

– davamlı tərəqqiyə, sabitlik və təhlükəsizliyə maneə olan aqressiv təbliğatlara, müxtəlif dinlərin ardıcılları arasında qarşılıqlı inamı pozan əməllərə, nifrət çağırışlarına və dinlərarası ixtilafların qızışdırılması hallarına qarşı beynəlxalq birlik tərəfindən birgə səylərin gücləndirilməsinin zəruriliyini bildirərək;

-insan hüquqlarının, beynəlxalq humanitar hüquq normalarının sistemli və kütləvi şəkildə pozulması hallarını pisləyərək, xüsusilə qadın və uşaq haqlarının qorunması sahəsində dövlət, din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyini vurğulayaraq;

-terrorçu və ekstremist qruplaşmaların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinə qarşı birgə və yekdil mövqedən çıxış edilməsinin zəruriliyini vurğulayaraq;

-dünya xalqlarının dini və mədəni müxtəlifliyinin bəşər sivilizasiyasının ən böyük irsi kimi qorunmasının vacibliyini təsdiq edərək;


-silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunmasından, o cümlədən Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı dövründə Azərbaycanın mədəni və mənəvi irsinə aid olan abidələrin dağıdılmasından, məqsədyönlü şəkildə həyata keçirilən yandırılmış və minalanmış torpaq, ekosid və urbisid siyasətinin ağır nəticələrindən dərin narahatlıq ifadə edərək;

-Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini, xüsusilə də, mədəni və dini abidələrin bərpası və yenilərinin inşası proseslərini təqdirəlayiq hesab edərək,

-Cənubi Qafqaz regionunda sülhə, barışığa, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və birgəyaşayışa xidmət edən siyasi prosesləri dəstəkləyərək,

– bəzi dövlət, beynəlxalq və dini təşkilatların bu bölgədə sabitliyə xidmət etməyən bəyanatları, xüsusilə də erməni kilsəsi tərəfindən təbliğ olunan işğalçılıq, aqressiv separatizm və revanşizm ideyalarını zərərli tendensiya kimi qiymətləndirərək,

-dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqedən çıxış etməsi üçün bu kimi dinlərarası tədbirlərin mütəmadi keçirilməsi və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində davamlı əsaslarda “Dini Liderlərin Görüşü”nün təşkil olunması niyyətlərini ifadə edərək,

-2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək İqlim dəyişikliyi üzrə COP29 Sammitinə, habelə bu mühüm platforma çərçivəsində beynəlxalq “Dini pavilyonu”na və “Dini Liderlərin Zirvə Görüşü”nə ev sahibliyi edəcək Azərbaycan Respublikasına uğur diləyərək,

Dövlətləri, beynəlxalq, regional, dini, ictimai təşkilatları və dini liderləri

– dünyanın müxtəlif regionlarında hazırda baş verən müharibələrin və hərbi münaqişələrin tezliklə dayandırılması, günahsız insanların və mülki əhalinin qanının tökülməsinin qarşısını almağa yönəlmiş təxirəsalınmaz səyləri dəstəkləməyə;

– dialoq və ümumbəşəri humanizm ideyalarının təbliği yolu ilə dünya və ənənəvi dinlərin liderlərinin sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşma və dinc birgəyaşayış mühitinin təşviqi sahəsində dövlət və ictimai qurumlarla, beynəlxalq təşkilatlarla birgə əməkdaşlığına dəstək verməyə;

-terrorizmin və insanlıq əleyhinə cinayətlərin din adı ilə əlaqələndirilməsi, ayrıseçkiliyə əsaslanan rasizmin, irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların qarşısının alınması üçün təsirli tədbirlər görməyə;

-dini rəmzlərə, müqəddəsliklərə və atributlara qarşı vandalizm aktlarını pisləməyə, demokratiya və söz azadlığı pərdəsi altında bu kimi əməllərə bəraət qazandırmağa yol verməməyə;

-gənclərin ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizədə daha fəal iştirakı məqsədilə bərabər vətəndaşlıq mövzusunda maarifləndirilməsini və bu proseslərdə kütləvi informasiya vasitələrinin rolunu təşviq etməyə;

-dini, mədəni və etnik müxtəlifliyin himayə olunması və buna hörmətlə yanaşılmasını dəstəkləməyə;

-silahlı münaqişə, təqib və zorakılıq səbəbindən qaçqınların, məcburi köçkünlərin və miqrantların kütləvi axını nəticəsində dünyada humanitar böhranın fəlakət həddinə çatması ilə bağlı öz dərin narahatlıqlarını ifadə etməyə, onların pozulmuş hüquqlarının bərpa olunmasına, eləcə də bu cür vəziyyətlərin yaranmasına gətirib çıxaran faktorların aradan qaldırılmasına səy göstərməyə;

-media və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və nifrət çağırışlarının qarşısının alınmasında əməkdaşlığın artırılmasına;

-dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olması, habelə iqlim dəyişikliyi ilə əlaqədar yaranmış problemlərin həllində dinlərin potensialından daha səmərəli şəkildə faydalanmağa;

-İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə riayət olunaraq, insan hüquqularının, qadın və uşaq haqlarının qorunması sahəsində dövlət, din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırırlar








XƏBƏR LENTİ

17.05.2024 | 15:22
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR

17.05.2024 | 14:56
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

17.05.2024 | 14:00
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb

17.05.2024 | 13:20
Universitetlər şəhərdən kənara mərhələli şəkildə köçürüləcək - RƏSMİ

17.05.2024 | 13:00
İtaliyada yağış və sel həyatı iflic etdi - VİDEO

17.05.2024 | 12:55
Qərb Zelenskini Rusiya ilə danışıqlara məcbur edəcək? - İDDİA

17.05.2024 | 12:45
Türkiyə tarixində ilk dəfə XİN başçısına qadın müavin təyin olunub - DOSYE

17.05.2024 | 12:35
Daşqınlar iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir - Nazir müavini

17.05.2024 | 12:30
Rəsmi Bakı Fransadan üzr istəməyi tələb etdi

17.05.2024 | 12:08
Deputat: “Hostellərin sayının artması insan alveri qurbanlarının çoxalmasına səbəb olur”

17.05.2024 | 12:06
Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

17.05.2024 | 12:02
Bakının mərkəzi küçəsində qanunsuzluq: Səki zəbt olunub, baryerlər çıxarılıb - FOTO/VİDEO

17.05.2024 | 11:48
İlham Əliyev və Aleksandr Lukaşenko Füzulidə

17.05.2024 | 11:39
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO

17.05.2024 | 11:34
Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gedib

17.05.2024 | 11:32
Azərbaycanın Baş naziri Əli Əsədov Efiopiyanın baş nazir müavini Temesgen Tirune qəbul edib.

17.05.2024 | 11:30
Azərbaycan PATA-nın sammitində təmsil olunur

17.05.2024 | 11:07
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb

17.05.2024 | 11:06
Nazir: Karbon vergisinin tətbiqi istiqamətində yeni qanun layihəsi hazırlanıb

17.05.2024 | 10:59
Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində görüşün təşkilinə dair Memorandum imzalanıb

17.05.2024 | 10:56
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub

17.05.2024 | 10:33
Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda QALMAQAL + AÇIQLAMA

17.05.2024 | 10:30
Xaqani bağı niyə hasarlanıb? - FOTO

17.05.2024 | 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib

17.05.2024 | 10:26
"WhatsApp", "Tik-tok", "İnstagram", "Telegram" vasitəsilə törədilən cinayətlər açıqlandı

17.05.2024 | 10:23
ABŞ Dövlət Departamentinin baş müşaviri Azərbaycana gələcək (ÖZƏL)

17.05.2024 | 10:18
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA

17.05.2024 | 10:17
Hikmət Hacıyev ABŞ-də dövlət katibinin müavini ilə COP29-u müzakirə edib

17.05.2024 | 09:58
Azərbaycan nefti bahalaşdı

17.05.2024 | 09:55
Mayın 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub

17.05.2024 | 09:52
UEFA-nın prezidenti Aleksander Çeferinlə AFFA-nın prezidenti Rövşən Nəcəf arasında görüş keçirilib. - Foto

17.05.2024 | 09:49
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrə start verilib.

17.05.2024 | 09:46
Azərbaycan Mərkəzi Bankı 17 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb

17.05.2024 | 09:28
Bakının bu yollarında tıxac var - SİYAHI

17.05.2024 | 09:26
Dolu düşüb, qar yağıb - FAKTİKİ HAVA

17.05.2024 | 09:21
Yüzlərlə kinorejissor, aktyor və aktrisa öz işlərini təqdim etmək və əfsanəvi qırmızı xalçadan keçmək üçün Kannda, Film Festivalında toplaşıb

17.05.2024 | 09:17
Dünya şöhrətli müğənni Şakira növbəti mahnısını futbola hədiyyə edəcək.

17.05.2024 | 09:15
Hikmət Hacıyev ABŞ-də onlarla görüşdü

17.05.2024 | 09:10
Milli Məclisin Şimali Kiprlə parlamentlərarası işçi qrupu Kiprdə səfərdədir.

16.05.2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031