Quterreş COP29-da iştirak etmək niyyətindədir
BMT Baş katibi Antonio Quterreş Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətindədir.
“Gununxeberi.az ” xəbər verir ki, bunu Prezident İlham Əliyevin qəbulunda BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart deyib.
Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun olacağını deyib.
Dövlət başçısı vurğulayıb ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.