Novruzəli Aslanov: “Azərbaycan qitələrarası həmrəyliyin möhkəmləndirilməsi işinə mühüm töhfələr verəcək”

Image

“2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə Azərbaycan Respublikası tərəfindən təşəbbüs irəli sürülmüşdür. Ölkəmizin belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması durur. 2010-cu ildən Bakı Prosesi qlobal hərəkata çevrilməyə başladı. Həmin ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. 2011-ci ilin 7–9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. COVİD-19 pandemiyası və post-pandemiya dövrü ilə əlaqədar Forumun işində müəyyən fasilə yarandı. Bu ilin may ayının 1-də isə Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Birmənalı olaraq deyə bilərik ki, bu Forum artıq bir neçə ildir ki, müxtəlif qlobal problemlərin müzakirəsi üçün dünyanın bir çox ölkələrinin yüksək səviyyədə təmsil olunduğu nüfuzlu beynəlxalq platforma kimi fəaliyyət göstərir.”

Bu sözləri verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat bildirib ki, VI Qlobal Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev öz nitqində bu gün bütün dünya ölkələrinin gündəmində duran bir çox vacib məsələlər barədə önəmli fikirlər səsləndirmişdir: “Azərbaycan Prezidentinin öz çıxışında toxunduğu çox önəmli məsələlərdən biri də Avropa və Qlobal Cənub ölkələri arasında əlaqələri yaratmaq və ya daha da gücləndirmək məsələsi ilə bağlı oldu. Təbii ki, müəyyən tarixi səbəblər bu gün müxtəlif qitələrdə yerləşən bəzi ölkələrin hətta qlobal problemlərin həlli məqsədilə də olmuş olsa belə, eyni mövqelərdən çıxış etmələrinə müəyyən əngəllər yaradır. Məhz bu baxımdan da Azərbaycanın bir tərəfdən Qoşulmama Hərəkatına dörd il ərzində uğurlu sədrlik təcrübəsi, digər tərəfdən isə, ölkəmizin bir çox Avropa dövlətləri ilə strateji tərəfdaşlıq münasibətləri qitələr arasında körpülərin salınması işinə böyük töhfələr verə bilər. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlarda fəal iştirakı dövlətimizə müxtəlif qitələrin ölkələri arasında həmrəyliyi formalaşdırmağa və möhkəmləndirməyə imkan yaradacaq. Məhz bütün bu amilləri nəzərə alaraq, cənab Prezident İlham Əliyev öz nitqində bəyan etdi ki, biz buna nail ola bilərik.”

Daha sonra N.Aslanov Azərbaycanın yaşıl gündəliyi barədə Prezident İlham Əliyevin nitqində yer almış açıqlamaları diqqət mərkəzinə çəkərək bunları deyib: “Əlbəttə ki, Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına sahib olmasına rəğmən ölkəmizə COP29-a ev sahibliyi hüququ verilməsi bəzi təşkilatlar tərəfindən ilk öncə birmənalı qarşılanmadı. Lakin hələ bu qərarın qəbul edilməsindən xeyli əvvəl Azərbaycan artıq özünün yaşıl gündəliyinə malik idi. Öz çıxışında bu məsələyə də toxunan dövlət başçımız bildirdi ki, 2027-ci ilə qədər Azərbaycanda artıq 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün əlavə imkanlar yaranacaqdır. Bütün bunlar üçün Azərbaycan dövləti çox yaxşı sərmayə şəraiti yaradıb və hazırda bu sahələrdə etibarlı sərmayədarlar da var. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu gün neft və qazla yanaşı bərpaolunan enerji mənbələrindən istifadə edir və ölkəmizin bu sahədə iqlim dəyişikliyi ilə bağlı göstəriciləri nümunəvi hesab oluna bilər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb./Aia.az


Gununxeberi.az 







XƏBƏR LENTİ

16.05.2024 | 21:37
Prezident İlham Əliyev: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var

16.05.2024 | 21:35
Prezident İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik (TAM MƏTN)

16.05.2024 | 21:32
Qələbə çaldınız və onu qoruyub saxladınız - Lukaşenko

16.05.2024 | 21:29
"Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq" - Lukaşenko

16.05.2024 | 21:23
Səlahəddin Dəmirtaşa hökm oxundu - 42 il həbs

16.05.2024 | 21:19
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə sərəncam imzalayıb

16.05.2024 | 18:09
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:47
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:35
Həmin tibb işçiləri təltif olundu - Fotolar

16.05.2024 | 17:30
“Biz bir dost kimi bu prosesdə iştirak edə bilərik”

16.05.2024 | 17:29
“Belarusla Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”

16.05.2024 | 17:28
Prezidentlər sərgi ilə tanış oldu - Fotolar

16.05.2024 | 17:25
Azərbaycan-Belarus sənədləri imzalandı - Yenilənib

16.05.2024 | 17:22
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib

16.05.2024 | 17:20
“Kaspersky” şirkətinin göstəricilərinə görə, dünyada ən çox “WhatsApp+” istifadəçisi Azərbaycandadır.

16.05.2024 | 17:17
Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTOLAR

16.05.2024 | 17:06
Müstəqil Azərbaycan

16.05.2024 | 16:51
Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

16.05.2024 | 16:35
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib VİDEO-FOTO

16.05.2024 | 16:18
Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

16.05.2024 | 14:45
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

16.05.2024 | 14:06
“Başqa bir sahədən təklif var...” - General-leytenant

16.05.2024 | 13:53
Göygöldə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbir keçirilmişdir

16.05.2024 | 13:33
Azərbaycan əhalisinin sayı artıb

16.05.2024 | 13:30
Rəsmi Bakıdan fransız nazirin iddialarına CAVAB

16.05.2024 | 13:24
5000-dən çox boşanma qeydə alındı

16.05.2024 | 13:22
Vardanyanın həbs müddəti uzadıldı

16.05.2024 | 13:07
Şahdağ Milli Parkına reintroduksiya edilmiş nəcib maralların sayında artım olub - FOTOLAR

16.05.2024 | 12:47
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək

16.05.2024 | 12:45
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycanla Ermənistan arasında Tavuşda delimitasiyaya dair imzalanan protokolu böyük uğur adlandırıb

16.05.2024 | 12:43
Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

16.05.2024 | 12:26
Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

16.05.2024 | 12:23
Azərbaycanla Çin arasında yaşıl enerji sahəsində potensial layihələr müzakirə edildi - FOTO

16.05.2024 | 12:22
Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO

16.05.2024 | 12:21
Antalya Hava Limanında kütləvi ZƏHƏRLƏNMƏ: 42 nəfər xəstəxanaya yerləşdirildi

16.05.2024 | 11:25
Prezidentlərin təkbətək görüşü başladı

16.05.2024 | 11:15
Lukaşenkonun rəsmi qarşılanma mərasimi - FOTOLAR

16.05.2024 | 11:00
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib

16.05.2024 | 10:58
Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib

16.05.2024 | 10:51
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031