Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürdü - Video

Image

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasına tarixi torpağımız Suqovuşanda start verilib. “Gununxeberi.az ” xəbər verir ki, Suqovuşanda əvvəlcə reqatanın rəsmi açılış hissəsi baş tutub. Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov tədbir iştirakçılarını salamlayaraq yarışda 20-dən çox ölkədən 30 komandanın iştirakını rekord nəticə adlandırıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev turnirin reqlamenti barədə məlumat verib və idmançılara uğur arzulayıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında 44 günlük Vətən müharibəsindən sonra Suqovuşanın beynəlxalq yarışlara ev sahibliyi etməsinin ənənəvi hala çevrildiyini bildirib. O, yığma komandamızın üzvü Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasını böyük idman hadisəsi kimi qiymətləndirib.  Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Prezident Kuboku-2024" beynəlxalq reqatasını açıq elan edib.

Rəsmi hissənin ardınca tamaşaçılar Suqovuşan su anbarında komandaların ölkə bayraqları ilə nümunəvi keçidlərini izləyiblər. Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra yarışlara start verilib. Suqovuşan su anbarında 200 metr məsafədə kayak və kanoe üzrə yürüşlər keçirilib. Azərbaycan komandası ilk medalını da Suqovuşanda qazanıb. 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışlarda Amil Ramazanov bürünc medal qazanıb.  

Xatırıadaq ki, Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatası 2-3 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.  
















XƏBƏR LENTİ

17.05.2024 | 10:33
Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda QALMAQAL + AÇIQLAMA

17.05.2024 | 10:30
Xaqani bağı niyə hasarlanıb? - FOTO

17.05.2024 | 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib

17.05.2024 | 10:26
"WhatsApp", "Tik-tok", "İnstagram", "Telegram" vasitəsilə törədilən cinayətlər açıqlandı

17.05.2024 | 10:23
ABŞ Dövlət Departamentinin baş müşaviri Azərbaycana gələcək (ÖZƏL)

17.05.2024 | 10:18
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA

17.05.2024 | 10:17
Hikmət Hacıyev ABŞ-də dövlət katibinin müavini ilə COP29-u müzakirə edib

17.05.2024 | 09:58
Azərbaycan nefti bahalaşdı

17.05.2024 | 09:55
Mayın 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub

17.05.2024 | 09:52
UEFA-nın prezidenti Aleksander Çeferinlə AFFA-nın prezidenti Rövşən Nəcəf arasında görüş keçirilib. - Foto

17.05.2024 | 09:49
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrə start verilib.

17.05.2024 | 09:46
Azərbaycan Mərkəzi Bankı 17 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb

17.05.2024 | 09:28
Bakının bu yollarında tıxac var - SİYAHI

17.05.2024 | 09:26
Dolu düşüb, qar yağıb - FAKTİKİ HAVA

17.05.2024 | 09:21
Yüzlərlə kinorejissor, aktyor və aktrisa öz işlərini təqdim etmək və əfsanəvi qırmızı xalçadan keçmək üçün Kannda, Film Festivalında toplaşıb

17.05.2024 | 09:17
Dünya şöhrətli müğənni Şakira növbəti mahnısını futbola hədiyyə edəcək.

17.05.2024 | 09:15
Hikmət Hacıyev ABŞ-də onlarla görüşdü

17.05.2024 | 09:10
Milli Məclisin Şimali Kiprlə parlamentlərarası işçi qrupu Kiprdə səfərdədir.

16.05.2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi

16.05.2024 | 21:37
Prezident İlham Əliyev: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var

16.05.2024 | 21:35
Prezident İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik (TAM MƏTN)

16.05.2024 | 21:32
Qələbə çaldınız və onu qoruyub saxladınız - Lukaşenko

16.05.2024 | 21:29
"Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq" - Lukaşenko

16.05.2024 | 21:23
Səlahəddin Dəmirtaşa hökm oxundu - 42 il həbs

16.05.2024 | 21:19
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə sərəncam imzalayıb

16.05.2024 | 18:09
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:47
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:35
Həmin tibb işçiləri təltif olundu - Fotolar

16.05.2024 | 17:30
“Biz bir dost kimi bu prosesdə iştirak edə bilərik”

16.05.2024 | 17:29
“Belarusla Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”

16.05.2024 | 17:28
Prezidentlər sərgi ilə tanış oldu - Fotolar

16.05.2024 | 17:25
Azərbaycan-Belarus sənədləri imzalandı - Yenilənib

16.05.2024 | 17:22
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib

16.05.2024 | 17:20
“Kaspersky” şirkətinin göstəricilərinə görə, dünyada ən çox “WhatsApp+” istifadəçisi Azərbaycandadır.

16.05.2024 | 17:17
Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTOLAR

16.05.2024 | 17:06
Müstəqil Azərbaycan

16.05.2024 | 16:51
Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

16.05.2024 | 16:35
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib VİDEO-FOTO

16.05.2024 | 16:18
Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

16.05.2024 | 14:45
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031