Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir

Image

2-3 may tarixlərində Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu” keçirilir.


Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm sənayesi nümayəndələri iştirak edir.


Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov forumun İƏT regionu üzrə turizm sənayesinin nümayəndələri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini, üzv dövlətlər arasında turizm üzrə bilik və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı tanıtım və təbliğat tədbirləri üçün mühüm platforma olduğunu qeyd edib. O həmçinin Dövlət Turizm Agentliyi və İƏT arasında əlaqələrin inkişafını diqqətə çatdıraraq, 2023-cü ilin dekabr ayında Bakının “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”nə uğurla ev sahibliyi etdiyini vurğulayıb. 


İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Xusrav Noziri çıxışında forumun təşkilata üzv dövlətlərin tur operatorlarının şəbəkəsinin gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd edərək bu təşəbbüsün reallaşmasına verdiyi dəstəyə görə Dövlət Turizm Agentliyinə təşəkkürünü bildirib. O, tur operatorlar arasında əlaqələrin inkişaf etdirilməsinin yeni turizm məhsulları və marşrutlarının yaranmasına töhfə verəcəyini, yalnız təşkilatdaxili deyil, həm də qlobal olaraq regionunun zəngin mədəni, təbii və tarixi sərvətlərinin tanıdılması üçün önəmli imkanlar ehtiva etdiyini bildirib. Baş Katib təşkilatın 2025-ci üzrə strategiyası çərçivəsində dövlət-özəl tərəfdaşlığının təşviqinə dəstək mexanizmi kimi İƏT-in Turizm Agentlikləri Federasiyasının yaradılmasını təklif edib. 


Tədbir çərçivəsində "İƏT regionunda turizm: imkanlar və problemlər” açılış sessiyasından sonra  "İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyata keçirilməsi”, “Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının dəstəyi ilə Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Türkiyədən Azərbaycana mütəmadi tanışlıq səfərlərinin təşkili”, “Yaxın Şərq və Qərbi Asiya boyunca İpək Yolları: təşkilati baxımından tarixi İpək Yolu nəqliyyat marşrutunun yenidən qurulması” mövzularında panel müzakirələr keçiriləcək.  


“İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyata keçirilməsi” üzrə panel sessiyasında üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə müxtəlif turların təşkil edilməsi məsələsi müzakirə olunub.  


Müzakirələrdə İstanbul, Buxara, Səmərqənd, Xivə kimi İpək Yolu üzərində yerləşən qədim şəhərləri birləşdirən çoxtərəfli turların, eləcə də tarixi məscidlər, bazarlar və ənənəvi sənətkarlıq nümunələrinin sərgiləndiyi muzeylər daxil olmaqla üzv ölkələrin zəngin mədəni irsini tanıtmaq məqsədi daşıyan, əsasən qonşu olan iki üzv ölkə arasında ikitərəfli turların təşkil edilməsi haqqında təkliflər səsləndirilib.


Eləcə də İƏT-in turizm paytaxtı seçilmiş şəhərlərini - Düşənbə (2021), Sari (2022), Ərdəbil (2023), Şəxrisəbz (2024), Ərzurum (2025) və Şuşanı (2026)  birləşdirən turların, üzv ölkələrin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına düşən maddi mədəni irs nümunələrini əhatə edən turların, həmçinin haykinq, trekinq, kempinq üçün əlverişli təbiət turizminin imkanlarının təbliğ edildiyi və əyləncə turizmi üzrə turların təşkil edilməsi haqqında müzakirələr aparılıb.   


Tədbirin ikinci günündə yerli və xarici turoperatorların iştirakı ilə B2B (biznesdən-biznesə) formatlı qarşılıqlı əməkdaşlıq görüşləri təşkil ediləcək, tədbirin yekunlarına dair müzakirələrin aparılması məqsədilə dəyirmi masa keçiriləcəkdir.
















XƏBƏR LENTİ

16.05.2024 | 21:37
Prezident İlham Əliyev: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var

16.05.2024 | 21:35
Prezident İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik (TAM MƏTN)

16.05.2024 | 21:32
Qələbə çaldınız və onu qoruyub saxladınız - Lukaşenko

16.05.2024 | 21:29
"Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq" - Lukaşenko

16.05.2024 | 21:23
Səlahəddin Dəmirtaşa hökm oxundu - 42 il həbs

16.05.2024 | 21:19
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə sərəncam imzalayıb

16.05.2024 | 18:09
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:47
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:35
Həmin tibb işçiləri təltif olundu - Fotolar

16.05.2024 | 17:30
“Biz bir dost kimi bu prosesdə iştirak edə bilərik”

16.05.2024 | 17:29
“Belarusla Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”

16.05.2024 | 17:28
Prezidentlər sərgi ilə tanış oldu - Fotolar

16.05.2024 | 17:25
Azərbaycan-Belarus sənədləri imzalandı - Yenilənib

16.05.2024 | 17:22
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib

16.05.2024 | 17:20
“Kaspersky” şirkətinin göstəricilərinə görə, dünyada ən çox “WhatsApp+” istifadəçisi Azərbaycandadır.

16.05.2024 | 17:17
Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTOLAR

16.05.2024 | 17:06
Müstəqil Azərbaycan

16.05.2024 | 16:51
Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

16.05.2024 | 16:35
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib VİDEO-FOTO

16.05.2024 | 16:18
Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

16.05.2024 | 14:45
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

16.05.2024 | 14:06
“Başqa bir sahədən təklif var...” - General-leytenant

16.05.2024 | 13:53
Göygöldə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbir keçirilmişdir

16.05.2024 | 13:33
Azərbaycan əhalisinin sayı artıb

16.05.2024 | 13:30
Rəsmi Bakıdan fransız nazirin iddialarına CAVAB

16.05.2024 | 13:24
5000-dən çox boşanma qeydə alındı

16.05.2024 | 13:22
Vardanyanın həbs müddəti uzadıldı

16.05.2024 | 13:07
Şahdağ Milli Parkına reintroduksiya edilmiş nəcib maralların sayında artım olub - FOTOLAR

16.05.2024 | 12:47
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək

16.05.2024 | 12:45
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycanla Ermənistan arasında Tavuşda delimitasiyaya dair imzalanan protokolu böyük uğur adlandırıb

16.05.2024 | 12:43
Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

16.05.2024 | 12:26
Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

16.05.2024 | 12:23
Azərbaycanla Çin arasında yaşıl enerji sahəsində potensial layihələr müzakirə edildi - FOTO

16.05.2024 | 12:22
Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO

16.05.2024 | 12:21
Antalya Hava Limanında kütləvi ZƏHƏRLƏNMƏ: 42 nəfər xəstəxanaya yerləşdirildi

16.05.2024 | 11:25
Prezidentlərin təkbətək görüşü başladı

16.05.2024 | 11:15
Lukaşenkonun rəsmi qarşılanma mərasimi - FOTOLAR

16.05.2024 | 11:00
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib

16.05.2024 | 10:58
Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib

16.05.2024 | 10:51
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031