“Mədəniyyətlərarası Dialoq Forumu qlobal və əhəmiyyətli platformaya çevrilib”

Image

“Mədəniyyətlərarası Dialoq Forumu qlobal və əhəmiyyətli platformaya çevrilib”



Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi, Bakının ev sahibliyi ilə keçirilən Mədəniyyətlərası Dialoq Forumu çərçivəsində aparılan müzakirələr olduqca mühüm əhəmiyyət kəsb edir.

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” devizi altında keçirilən 6-cı forumda da mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət edən yeni  ideyalar, təkliflər səslənir, mövcud problemlərin həlli yolları axtarılır. Tədbirdə 110 ölkənin təmsil olunması da göstərir ki, forum çox mühüm beynəlxalq platformadır. Bu dəfə də ziyalılar, siyasətçilər, media və vətəndaş cəmiyyətinin nümayəndələri daha təhlükəsiz dünya naminə məhz Bakida bir araya gəlib. Açılış mərasimində Prezident İlham Əliyevin də söylədiyi kimi, 2019-cu ildə Bakıda keçirlən 5-ci forumdan sonra dünya təhlükəsiz olmayıb. Biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını görürük. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Forumda müzakirə olunan məsələlərdən biri də çoxtərəflilikdir. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan öz təcrübəsini göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Rəsmi  Bakı çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq edib. Cənab Prezidentin çıxışındakı əsas mesajlardan biri də bu idi ki, əgər insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, dənizdə olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil. 

Forumda hıəm də Azərbaycanın COP29-a ev sahibliyi etməsinə diqqət çəkildi. Bir daha bəyan olundu ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə kimi öz rolunu körpülərin salınmasında görür. Dövlət başçımızın da söylədiyi kimi, Avropa-Qlobal Cənub istiqamətinə və həmrəyliyə nail olmaq mümkündür. 

Forumun gündəliyində yer alan vacib məsələlərdən biri də sülh və təhlükəsizlik, postmünaqişə dövüdür ki, burada da ən vacib mesajlardan biri Azərbaycanın sülhü müharibə vasitəsilə təmin etməsinin dünya ictimaiyyətinin diqqətinə növbəti dəfə çatdırılması oldu. Bu günün mənzərəsi təsdiqləyir ki, postmünaqişə dövründə də Azərbaycan sülhü təşviq edir. Üstəlik, artıq proses vasitəçisiz davam edir. Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları da bu qənaətdədir ki, Cənubi Qafqazda sülh yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

Aparılan müzakirələr, səslənən təklif və ideyalar da təsdiqləyir ki, dialoq sülhə aparan yoldur. Məhz  “Bakı prosesi” də bundan sonra normallaşmanı, münasibətlərin qurulmasını nümunə kimi götürməyi təklif edir.

Forumun gündəliyi onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında 2011-ci ildən keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq platformasına çevrilib. Ümumiyyətlə, əsası 2008-ci ildə qoyulan “Bakı prosesi”nin əsas məqsədi siyasi, mədəni və dini sahədə müxtəlif faktorlar arasında əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir. Bu illər ərzində “Bakı prosesi” həm mədəniyyətlərarası dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platformaya çevrilib. Bu, dünyanın nüfuzlu beynəlxalq qurumlarını tərəfdaş kimi cəlb edən yeganə platformadır.








XƏBƏR LENTİ

16.05.2024 | 21:37
Prezident İlham Əliyev: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var

16.05.2024 | 21:35
Prezident İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik (TAM MƏTN)

16.05.2024 | 21:32
Qələbə çaldınız və onu qoruyub saxladınız - Lukaşenko

16.05.2024 | 21:29
"Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq" - Lukaşenko

16.05.2024 | 21:23
Səlahəddin Dəmirtaşa hökm oxundu - 42 il həbs

16.05.2024 | 21:19
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə sərəncam imzalayıb

16.05.2024 | 18:09
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:47
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:35
Həmin tibb işçiləri təltif olundu - Fotolar

16.05.2024 | 17:30
“Biz bir dost kimi bu prosesdə iştirak edə bilərik”

16.05.2024 | 17:29
“Belarusla Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”

16.05.2024 | 17:28
Prezidentlər sərgi ilə tanış oldu - Fotolar

16.05.2024 | 17:25
Azərbaycan-Belarus sənədləri imzalandı - Yenilənib

16.05.2024 | 17:22
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib

16.05.2024 | 17:20
“Kaspersky” şirkətinin göstəricilərinə görə, dünyada ən çox “WhatsApp+” istifadəçisi Azərbaycandadır.

16.05.2024 | 17:17
Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTOLAR

16.05.2024 | 17:06
Müstəqil Azərbaycan

16.05.2024 | 16:51
Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

16.05.2024 | 16:35
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib VİDEO-FOTO

16.05.2024 | 16:18
Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

16.05.2024 | 14:45
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

16.05.2024 | 14:06
“Başqa bir sahədən təklif var...” - General-leytenant

16.05.2024 | 13:53
Göygöldə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbir keçirilmişdir

16.05.2024 | 13:33
Azərbaycan əhalisinin sayı artıb

16.05.2024 | 13:30
Rəsmi Bakıdan fransız nazirin iddialarına CAVAB

16.05.2024 | 13:24
5000-dən çox boşanma qeydə alındı

16.05.2024 | 13:22
Vardanyanın həbs müddəti uzadıldı

16.05.2024 | 13:07
Şahdağ Milli Parkına reintroduksiya edilmiş nəcib maralların sayında artım olub - FOTOLAR

16.05.2024 | 12:47
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək

16.05.2024 | 12:45
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycanla Ermənistan arasında Tavuşda delimitasiyaya dair imzalanan protokolu böyük uğur adlandırıb

16.05.2024 | 12:43
Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

16.05.2024 | 12:26
Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

16.05.2024 | 12:23
Azərbaycanla Çin arasında yaşıl enerji sahəsində potensial layihələr müzakirə edildi - FOTO

16.05.2024 | 12:22
Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO

16.05.2024 | 12:21
Antalya Hava Limanında kütləvi ZƏHƏRLƏNMƏ: 42 nəfər xəstəxanaya yerləşdirildi

16.05.2024 | 11:25
Prezidentlərin təkbətək görüşü başladı

16.05.2024 | 11:15
Lukaşenkonun rəsmi qarşılanma mərasimi - FOTOLAR

16.05.2024 | 11:00
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib

16.05.2024 | 10:58
Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib

16.05.2024 | 10:51
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031