AY ÜZƏ ÜZƏ
təcnis
Necə rəva bildin , gözəl həsrətin ,
İncidir ürəyimi , ay üzə üzə .
Sevən aşiqinəm , gizlətmə məndən ,
Qoy baxım yenədə, ay üzə üzə.
Məcnunam səhranı , bu dağı gəzdim .
Sənsiz mar axtardım , buda ağı gəzdim ,
Seyr etdim bağını , budağı gəzdim .
Bir denən narımdan , ay üzə üzə .
Öyünmə Rəfail , ağlın dərindi ,
Bağbansan vaxtında , narı dər indi .
Bu eşqin dəryası , gör nə dərindi ,
Qalmısan dəryada , ay üzə üzə .
RƏFAİL QURBANOĞLU