Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”

Image


“Ölkəmizdə dünyanın, o cümlədən bəşəriyyətin gələcəyi ilə bağlı son dərəcə önəmli və aktual məsələlərin müzakirəsinin aparılması, qlobal problemlərin həlli ilə bağlı vahid qərarların qəbul olunması artıq ənənə halını alıb. Bir növ Bakı dünyanın mərkəzi rolunda çıxış edir və bunu son illərin təcrübəsi də bir daha təsdiqləyir. Bu günlər paytaxtımızda daha bir mötəbər tədbir - “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı cənab  İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Bakı Prosesi”nin tərkib hissəsidir. Mənəvi-mədəni dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyan bu təşəbbüs mədəniyyətlərarası dialoq sahəsində dünyada yeganə qlobal platformadır. Adından və məqsədindən də aydın olur ki, bu gün Azərbaycan dövləti, xüsusən də onun Prezidenti cənab İlham Əliyev dünyada dialoqa, qarşılıqlı anlaşmaya, sülh və təhlükəsizliyə nə qədər misilsiz töhfələr verir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Görürük ki, indiyə kimi keçirilən forumlarda müxtəlif mövzular üzrə aparılan müzakirələr,   yekun qərarlar, habelə imzalanan sənədlər beynəlxalq təsisatlar və dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb, xüsusən istinad mənbəyi rolunda çıxış edib. Odur ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoq sahəsində ən mötəbər platforma statusunu qazanıb. Eləcə də bu, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoq məkanı olduğunu təbliğ edən mühüm vasitədir. Qürurla deyə bilərik ki, Azərbaycanda lap qədimdən başlayaraq müxtəlif xalqların və dinlərin nümayəndələri xoşbəxt və mehriban ailə kimi yaşayıblar. Burada qarşılıqlı hörmət və anlaşma prinsiplərinə söykənən birgəyaşayış mühiti hər zaman mövcud olub. Bu keyfiyyətlərə görə ölkəmiz tolerantlığın və multikulturalizmin bərqərar olduğu məkan kimi dünyada nümunə çəkilir, nailiyyətləri yüksək qiymətləndirilir, uğurlu təcrübəsi öyrənilir”, - Milli Məclisin deputatı bildirib.

Onun sözlərinə görə, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu da son dərəcə aktualdır: “Dünyanın inkişafı, bəşəriyyətin xoşbəxt və firavan gələcəyi sülh və təhlükəsizlikdən keçir. Bunun üçün mədəniyyətlərarası sağlam ünsiyyət, qarşılıqlı etimad və anlaşma olduqca vacib məqamdır. Mən əminəm ki, burada aparılan müzakirələr, səslənən fikirlər və yekun qərar bu sahədə problemlərin aradan qaldırılması üçün xeyli faydalı olacaq. Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışında bir sıra vacib məqamlara toxundu, xüsusən multikulturalizmin əhəmiyyətindən söz açdı, Azərbaycanın təcrübəsini bölüşdü. Təbii ki, bu cür dəyərlər olmasa, qorunmasa və inkişaf etməsə, sabitlik əldə olunmaz, sülh və təhlükəsizlik risk altında olar. Hər zaman belə olub ki, ayrı-seçkilik gərginliyə, hətta ağır münaqişələrə belə səbəb ola bilir. Dünya şahiddir ki, Azərbaycanda mövcud olan möhkəm sabitliyin, həmrəyliyin, sağlam cəmiyyətin kökündə həm də tolerantlıq və multikultural dəyərlər dayanır”.

“Dövlətimizin başçısı çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən də bəhs etdi. Əminliklə deyə bilərik, eləcə də bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, Hərəkatın inkişafı, ən parlaq dövrü, təsir imkanlarının artması, söz sahibinə çevrilməsi məhz Azərbaycanın sədrliyi dövründə olub. İrəli sürdüyü təşəbbüslər, gördüyü işlərlə Azərbaycan bu təsisata yeni imic qazandırdı, məsələlərə haqlı yanaşma tərzi ortaya qoydu. Quruma sədrliyimiz ağır bir dönəmə təsadüf etdi, xəstəlik planetin hər yerində tüğyan edirdi, böyük fəsadlara yol açırdı. Belə mürəkkəb şəraitdə Azərbaycan sədr olaraq məsuliyyətlə davrandı, vacib və səmərəli təşəbbüslərlə çıxış etdi, xüsusilə dünyanı ədalətə səsləyərək peyvənd millətçiliyinə qarşı ləyaqətlə mübarizə apardı. Eləcə də beynəlxalq hüququn tələblərini pozan, ölkələrin daxili işlərinə qarışan, ədavət salan, separatizmə dəstək verənləri ifşa etdi, neokolonializmin çirkin siyasət olduğunu göstərdi. Təəssüflər olsun ki, hətta XXI əsrdə belə bu cür hallar yaşanır və bununla mübarizədə Azərbaycan dünyada haqlı mövqe ortaya qoyur və etiraz səsini ucaldır. Lakin insan hüquqlarından danışan, demokratiyanı əldə dəyənəyə çevirən bəzi dövlətlər və beynəlxalq təşkilatlar nədənsə hələ də bu mövzunun üzərindən sakit keçir, daha çox susqunluğa üstünlük verirlər. Bu azmış kimi, sonra utanmadan başlayırlar, bəlkə də, hər gün fərqli don geyindirdikləri, mahiyyətini dəyişdirərək gözdən saldıqları demokratiyadan, insan hüquqlarından danışmağa. Bütün bunlar ikili standart deyil, bəs nədir!?”, - Səttar Möhbalıyev fikrini tamamlayıb.


Gununxeberi.az 







XƏBƏR LENTİ

16.05.2024 | 21:37
Prezident İlham Əliyev: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var

16.05.2024 | 21:35
Prezident İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik (TAM MƏTN)

16.05.2024 | 21:32
Qələbə çaldınız və onu qoruyub saxladınız - Lukaşenko

16.05.2024 | 21:29
"Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq" - Lukaşenko

16.05.2024 | 21:23
Səlahəddin Dəmirtaşa hökm oxundu - 42 il həbs

16.05.2024 | 21:19
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə sərəncam imzalayıb

16.05.2024 | 18:09
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:47
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:35
Həmin tibb işçiləri təltif olundu - Fotolar

16.05.2024 | 17:30
“Biz bir dost kimi bu prosesdə iştirak edə bilərik”

16.05.2024 | 17:29
“Belarusla Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”

16.05.2024 | 17:28
Prezidentlər sərgi ilə tanış oldu - Fotolar

16.05.2024 | 17:25
Azərbaycan-Belarus sənədləri imzalandı - Yenilənib

16.05.2024 | 17:22
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib

16.05.2024 | 17:20
“Kaspersky” şirkətinin göstəricilərinə görə, dünyada ən çox “WhatsApp+” istifadəçisi Azərbaycandadır.

16.05.2024 | 17:17
Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTOLAR

16.05.2024 | 17:06
Müstəqil Azərbaycan

16.05.2024 | 16:51
Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

16.05.2024 | 16:35
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib VİDEO-FOTO

16.05.2024 | 16:18
Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

16.05.2024 | 14:45
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

16.05.2024 | 14:06
“Başqa bir sahədən təklif var...” - General-leytenant

16.05.2024 | 13:53
Göygöldə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbir keçirilmişdir

16.05.2024 | 13:33
Azərbaycan əhalisinin sayı artıb

16.05.2024 | 13:30
Rəsmi Bakıdan fransız nazirin iddialarına CAVAB

16.05.2024 | 13:24
5000-dən çox boşanma qeydə alındı

16.05.2024 | 13:22
Vardanyanın həbs müddəti uzadıldı

16.05.2024 | 13:07
Şahdağ Milli Parkına reintroduksiya edilmiş nəcib maralların sayında artım olub - FOTOLAR

16.05.2024 | 12:47
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək

16.05.2024 | 12:45
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycanla Ermənistan arasında Tavuşda delimitasiyaya dair imzalanan protokolu böyük uğur adlandırıb

16.05.2024 | 12:43
Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

16.05.2024 | 12:26
Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

16.05.2024 | 12:23
Azərbaycanla Çin arasında yaşıl enerji sahəsində potensial layihələr müzakirə edildi - FOTO

16.05.2024 | 12:22
Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO

16.05.2024 | 12:21
Antalya Hava Limanında kütləvi ZƏHƏRLƏNMƏ: 42 nəfər xəstəxanaya yerləşdirildi

16.05.2024 | 11:25
Prezidentlərin təkbətək görüşü başladı

16.05.2024 | 11:15
Lukaşenkonun rəsmi qarşılanma mərasimi - FOTOLAR

16.05.2024 | 11:00
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib

16.05.2024 | 10:58
Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib

16.05.2024 | 10:51
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031