144 nəfərin öldüyü “Crocus” terrorundan 40 gün keçdi... - Video
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Crocus City Hall” binasında baş vermiş terror hadisəsindən 40 gün ötür.
“Gununxeberi.az ” “RİA Novosti”yə istinadən xəbər verir ki, insanlar memoriala gələrək terror qurbanlarının xatirəsini anır.
Xatırladaq ki, martın 22-si axşam saatlarında “Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. Bununla bağlı 10-dan çox şəxs həbs edilib.