Tarixçi 2 deputatı darmadağın etdi: Başkənd kimindir?!

Image

Tarixçi 2 deputatı darmadağın etdi: Başkənd kimindir?!


*İTV-nin “Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?” materialında “millətin vəkilləri” Anar İsgəndərov və Rasim Musabəyov təklif ediblər ki, Başkəndin heç bir “strateji əhəmiyyəti” yoxdur və gələcəkdə bu ərazi “mübadilə üçün” müzakirə mövzusu ola bilər. Rasim Musabəyovu başa düşmək olar, adam avtomatlaşdırma fakültəsin bitirib, sonradan necə politoloq olub, bəllidir. Həm də o Qəzənfər Musabəyovun nəvəsidir. Azərbaycan Cümhuriyyətinə düşmən kəsilən Qəzənfər Musabəyovun sayəsində Qərbi Azərbaycanda ermənilərin sayı azərbaycanlılara nisbətdə artıb və 1936-cı ildə ermənilərin sayı 55%, azərbaycanlıların sayı 45% olub. Sonradan isə deportasiyalar başlanıb. Yəni düşmənə torpaq vermək onda gendən gəlir.

Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, Anar İsgəndərov isə tarix elmləri doktoru və professordur:

“Fəlsəfə doktoru işi “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı”, elmlər doktorluğu mövzusu isə “Azərbaycanda 1917–1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” adlanır. Alim və millət vəkili seçilən Anar müəllim elmi işlərini yazanda nə əcəb ciddi qaynaqlara, mənbələrə, sənədlərə, əlyazmalara, tarixi kitablara nəzər salmayıb? Məgər Anar müəllim bilmir ki, 1905-1906-cı, 1918-1920-ci illərdə baş verən hadisələr zamanı ermənilər yerli azərbaycanlıları soyqırıma məruz qoyublar və dədə-baba torpaqlarından zorla çıxardıblar?

Qanlı soyqırımı dayandırmaq üçün bolşevik Rusiyası hələ SSRİ təşkil olunmamış partiya orqanının qərarı ilə Başkəndi Ermənistana pay verib. Ermənistanın Başkəndə olan ərazi iddiasının nə siyasi, nə də hüquqi əsası var. Çünki Başkənd tarixi Azərbaycan torpağıdır və qanunsuz olaraq Ermənistana 1920-ci ildə bağışlanıb. Yəni bu qərarın hər hansı konstitusion - hüquqi əsası yoxdur.Adıçəkilən yaşayış məntəqəsi 1978-ci ilə qədər Başkənd adlanıb. Bu isə kəndin tarixi Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir.

Anar müəllim, tarixi sənədlərə yenidən baxın, Başkənd Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. İrəvan mahalında yaradılmış və 9 min kv.km əraziyə malik olmuş Ermənistan Respublikasının tərkibində Başkənd adlı yaşayış məntəqəsi olmayıb.

Eyni zamanda Azərbaycan 1991-ci ildə müstəqilliyini təkrar elan edəndə BMT ərazi bütövlüyümüzü təsdiq edəndə də Başkənd Azərbaycan ərazisi idi.

Başkəndə ermənilər ilk dəfə 1859-cu ildə köçüb və yaşayıblarsa, bura haradan ermənilərə aid oldu? Özü də necə köçüblər? Yerli Azərbaycanlı bəylərdən icazə alaraq, hissə-hissə. Ermənilər Amerika, Fransa, Rusiya və İrana o dövrdə köçüb icmalarını qurublarsa, o torpaqlar onların sayılır? Yaxud icma olubsa, Başkənd Azərbaycanın göbəyində ermənilərin necə tarixi torpağı ola bilər?

Məlumatınız olsun ki, Birinci Qarabağ savaşında məhz bu qəsəbəyə görə demək olar ki, Gədəbəyin 26 kəndi işğal altında saxlanılırdı. Bu terroru silahlı qüvvələrə qarşı yox, dinc sakinlərə qarşı edirdilər. Hələ ermənilərə verilmiş tarixi torpağımız olan Tağlar məsələsini də unutmaq lazım deyil. Sovet İttifaqı Kommunist Partiyası və Nazirlər Sovetinin 1968-ci il 22 iyun qərarında göstərilir ki, Gədəbəy rayonunun Tağlar kəndinin heç bir perspektivi olmadığı üçün həmin kəndin ərazisi meşə zolağı ilə birlikdə Ermənistan SSR-in Şəmsəddin rayonuna verilsin. Perspektivsiz idisə, ermənilərə niyə verilirdi?

Millət vəkili olaraq itirilmiş torpaqlarımızı geri qaytarmaq əvəzinə hələ torpağımızı ermənilərə verməklə bağlı çıxışınızın məqsədi nədir?

Lətifəsi sizdən uzaq, Nəriman Nərimanovun Əliheydər Qarayevə verdiyi cavabı xatırlayın Rasim və Anar müəllimlər!”(Axar.az-a istinadən)








XƏBƏR LENTİ

17.05.2024 | 23:53
Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub

17.05.2024 | 23:38
Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər

17.05.2024 | 23:36
Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

17.05.2024 | 23:30
Alimlər Misir piramidalarının tikintisinin sirrini açdı – Nilin yoxa çıxmış qolu...

17.05.2024 | 23:25
Sülhməramlıların növbəti hissəsi bu gün yola salınıb - VİDEO

17.05.2024 | 23:20
"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" - Qriqoryan

17.05.2024 | 23:16
Bu tarixdən ən ucuz taksi qiyməti 4,5 manat olacaq - AÇIQLAMA

17.05.2024 | 23:11
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

17.05.2024 | 22:56
Azərbaycan Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə "Mərkəzi Asiya – 2024: Elm,təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib

17.05.2024 | 22:40
Vətən Müharibəsi Qəhrəmanı Zaur Zeynalova yeni vəzifə verilib

17.05.2024 | 22:37
Lukaşenkonun Azərbaycana səfəri başa çatdı

17.05.2024 | 22:33
Prezidentlər üçün naharda bu menyu hazırlanıb - Fotolar

17.05.2024 | 22:29
Mikayıl İsmayılovu və oğlunu ittiham edən qız saxlanılıb?

17.05.2024 | 22:24
DYP bu avtomobillərlə bağlı tədbirlər görür - Video

17.05.2024 | 19:33
Komitələrin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

17.05.2024 | 19:30
Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb

17.05.2024 | 19:24
Beynəlxalq tədbirdə

17.05.2024 | 19:22
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatı

17.05.2024 | 19:06
Sosial şəbəkələrdə çılpaq videosunu yayan direktor saxlanıldı

17.05.2024 | 19:03
Sahibə Qafarova BMT-nin Baş direktoru ilə görüşüb

17.05.2024 | 18:59
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

17.05.2024 | 18:48
İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır

17.05.2024 | 18:29
Azərbaycan PATA-nın sammitində təmsil olunur

17.05.2024 | 17:43
YAP Göygöl rayon təşkilatı üzrə “Hummel küçəsi-5” ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib

17.05.2024 | 17:36
ETİBARLI TƏRƏFDAŞ

17.05.2024 | 16:42
Dövlət sərhədinin mühafizəsi bu gün! -Fotolar

17.05.2024 | 16:19
Cavanşir körpüsü SÖKÜLÜR - Bu tarixdən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

17.05.2024 | 16:16
Dövlət sərhədinin mühafizəsi bu gün! -Fotolar

17.05.2024 | 16:15
Baş prokuror Düşənbədə ikitərəfli görüşlər keçirdi - FOTOLAR

17.05.2024 | 16:10
Sahibə Qafarova BMT-nin Baş direktoru ilə görüşdü - FOTO

17.05.2024 | 15:22
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR

17.05.2024 | 15:12
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”

17.05.2024 | 14:56
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

17.05.2024 | 14:25
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

17.05.2024 | 14:00
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb

17.05.2024 | 13:20
Universitetlər şəhərdən kənara mərhələli şəkildə köçürüləcək - RƏSMİ

17.05.2024 | 13:00
İtaliyada yağış və sel həyatı iflic etdi - VİDEO

17.05.2024 | 12:55
Qərb Zelenskini Rusiya ilə danışıqlara məcbur edəcək? - İDDİA

17.05.2024 | 12:45
Türkiyə tarixində ilk dəfə XİN başçısına qadın müavin təyin olunub - DOSYE

17.05.2024 | 12:35
Daşqınlar iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir - Nazir müavini

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031