Azərbaycan-Almaniya münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

Image


          Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfər etmişdir. Prezident İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər, jurnalistlərin suallarını cavablandırıblar. 

 Ölkə başçısı cənab İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır. Azərbaycanın Avropa İttifaqında aparıcı siyasi qüvvələrdən olan Almaniya ilə bu tipli sıx əməkdaşlığı həm də ölkənin beynəlxalq münasibətlər sistemində güclənən mövqeyindən xəbər verir.  Məhz bu faktlar təsdiq edir ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.  Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra isə regionda yaranacaq sabitlik Azərbaycanın gücünü, potensialını və imkanlarını daha da artıracaq. 

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməkdədir. Zəngin neft-qaz ehtiyatlarına malik olan respublikamız yaxın gələcəkdə Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıq edəcəkdir. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.  

Prezidentin Almaniyaya səfərindən, aparılan danışıqlardan Avropa ölkələrinə bir daha bəlli oldu ki, cənab İlham Əliyev konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan dövlətlər üçün strateji əhəmiyyət daşıyır.

Rüfət Əhmədov,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı 

Aparatının informasiya təminatı və təhlil sektorunun müdiri







XƏBƏR LENTİ

16.05.2024 | 00:19
Məşhur aktrisanın bikinili fotoları GÜNDƏM OLDU-FOTOLAR

15.05.2024 | 23:50
Elçin Tağıyev Şəhid atası Qərib Təhməzovla görüşüb - FOTOLAR

15.05.2024 | 21:26
Milli Kitabxanada KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi məqsədilə növbəti treninqə başlanıb - FOTOLAR

15.05.2024 | 21:23
Əfv Komissiyasının daha bir iclası keçirildi

15.05.2024 | 21:20
Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib. - Foto

15.05.2024 | 21:16
Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd anının videosu yayılıb - Video

15.05.2024 | 21:13
İlham Əliyevdən Slovakiyanın Baş nazirinin güllələnməsinə - Reaksiya

15.05.2024 | 21:07
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur parlamentinin sədri ilə görüşüb

15.05.2024 | 20:25
Vasif Məhərrəmli plastik əməliyyat etdirdi

15.05.2024 | 20:13
"Avion Travel" MMC-nin direktoru HƏBS EDİLDİ

15.05.2024 | 19:44
Azərbaycanda yüksəkvəzifəli xanım işdən azad edildi

15.05.2024 | 19:42
"Kosmosa uçuşlar da qeyri-real görünürdü" - Paşinyan Azərbaycanla sülh haqqında

15.05.2024 | 19:41
Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb

15.05.2024 | 19:39
İsa Qəmbər qətlə yetirilən müsavatçıdan DANIŞDI

15.05.2024 | 19:36
Məhərrəm Əliyev bu görüşdə niyə iştirak etmədi? - FOTOLAR

15.05.2024 | 19:33
Lukaşenko Azərbaycana gəldi

15.05.2024 | 19:30
Nazir mətbuat xidmətinə yeni rəhbər təyin etdi - FOTO

15.05.2024 | 19:26
Qastronomiya üzrə "Qızıl Şah" Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir

15.05.2024 | 19:25
Bakıda Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir - FOTOLAR

15.05.2024 | 19:22
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır

15.05.2024 | 19:17
Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

15.05.2024 | 19:12
Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyinin birgə əməliyyat-axtarış tədbiri nəticəsində iki silah aşkarlanıb - FOTO

15.05.2024 | 17:46
Avropa Parlamentinin deputatı Şuşada olub

15.05.2024 | 17:28
Sürücülərin nəzərinə - Sabahdan bu yolda təmir işlərinə başlanılır

15.05.2024 | 17:27
Ermənistan-Azərbaycan sərhədində görüş KEÇİRİLİR

15.05.2024 | 17:25
Respublika Fənn Olimpiadalarında şagirdləri ən yaxşı olan 10 MƏKTƏB

15.05.2024 | 17:19
Deputatlar Qapalı Maraşda - FOTOLAR

15.05.2024 | 17:09
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapurun Davamlılıq və ətraf mühit naziri ilə görüşüb

15.05.2024 | 17:02
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşüb

15.05.2024 | 16:23
Fudokançılarımız avropa çempionatıda iştirak edəcəklər - FOTO

15.05.2024 | 16:07
Sülhməramlıların komandanı təltif edildi

15.05.2024 | 16:05
Azərbaycanda yeni mərkəz yaradılır - Prezident fərman imzaladı

15.05.2024 | 16:04
Sülhməramlılar Qarabağda sülh üçün səylərini əsirgəməyib - Kərim Vəliyev

15.05.2024 | 16:02
Ürəyinizin sağlam olması üçün bu meyvələri yeyin

15.05.2024 | 15:17
Ermənistanla Slovakiya arasında hərbi əməkdaşlıq MÜZAKİRƏLƏRİ

15.05.2024 | 15:05
Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşdü - FOTO

15.05.2024 | 14:50
Rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ

15.05.2024 | 14:47
Bu gün Beynəlxalq Ailə Günüdür

15.05.2024 | 14:20
Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub

15.05.2024 | 13:55
Sülhməramlıların Qarabağı tərk etməsi ilə bağlı rəsmi AÇIQLAMA

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031