Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır

Image

Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır

 

Bildiyimiz kimi, ölkəmizdə son illərdə həm sənaye, həm də kənd təsərrüfatı sahəsində böyük dəyişikliklər baş verməkdədir. Ölkəmizdə neft-qaz sənayesi ilə yanaşı başqa sənaye sahələri də inkişaf etdirilir, yeni müəssisələr yaradılır ki, bu da işçi qüvvəsinin cəlb olunması ilə yanaşı daxili gəlirin artmasına, ümumilikdə isə əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir.

44 günlük müharibədə əldə olunmuş parlaq qələbə, əzəli torpaqlarımızın düşmən tapdağından xilas olması ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin başlanmasına səbəb olmuşdur. Qarabağda şəhər və kəndlərin bərpası, burada yeni müəssisələrin təməlinin qoyulması, Qarabağın yeni iqtisadi inkişaf planının hazırlanıb həyata keçirilməsi bu günkü gerçəklikdir.

Bu o demək deyildir ki, Qarabağın yenidən qurulması, iqtisadiyyatın inkişaf etdirilməsi başqa sahələrə daha az diqqət ayrılmasına səbəb olmuşdur. İqtisadiyyatdakı yeniliklər başqa sahələrin, o cümlədin kənd təsərrüfatının inkişafı ilə üzvi surətdə bağlıdır. Bu bağlılığı aprelin 16-da Prezident İlham Əliyevin Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak etməsi bir daha sübut etmişdir. Buradakı çıxışında möhtərəm Prezident aqrar sahənin inkişaf etdirilməsinin ölkəmiş üçün nə qədər önəmli olduğunu nəzərə çatdırmışdır.

Bildiyimiz kimi, Şirvan su kanalı 1958-ci ildə salınmış və böyük bir ərazidə insanların suvarmaya olan ehtiyacını ödəmişdir. İllərlə bu kanal vasitəsilə taxıl, pambıq və digər kənd təsərrüfatı məhsulları suvarılmış və insanların xidmətində olmuşdur. Bu kanal torpaq məcralı olduğu üçün tədricən bəzi yerləri qumla dolmuş, bəzi yerləri uçulmuş və beləliklə sıradan çıxmışdır. Yeni hazırlanmış layihə əsasında bu kanalın uzunluğu 200 kilometrə çatdırılacaq və əvvəlkinə nisbətən iki dəfə artıq əkin sahəsinin suvarılmasına gətirib çıxaracaqdır. Əvvəlki kanalın sıradan çıxması nəticəsində yaranmış şoran və əkinə yararsız əkin sahələri yenidən yaşıllaşaraq insanların ehtiyaclarını ödəyəcəkdir. Bu, Şirvan suvarma kanalının ölkəmizin inkişafında böyük rol oynayacağını, ərzaq ehtiyatlarının daha da artırılmasındakı xidmətini sübut edir. Bu kanalın istifadəyə verilməsi ilə qurumuş Hacıqabul gölü də dolacaq və bu da əlavə əkin sahələrinin suvarılması deməkdir.

Son illərdə həyata keçirilən infrastruktur layihələrində aqrar sektorun da böyük payı var. Kənd əhalisinin məşğulluğunun artırılması, əlavə iş yerlərinin açılması və kənddə yaşayan insanların rifahının yaxşılsaşdırılması üçün yeni layihələr hazırlanmış, yeni təsərrüfatlar yaradılmış və bu proses ardıcıl şəkildə davam etməkdədir. Yeni yaradılacaq Şirvan suvarma sistemi də bu infrastruktur layihələrindən biri kimi ölkəmizin həyatında önəmli rol oynayacaqdır.

Qarabağ torpaqlarının işğal edilməsi ölkəmizin aqrar sektoruna da əhəmiyyətli dərəcədə ziyan vurmuşdu. Kənd təsərrüfatlı təyinatlı torpaqların zəbt olunması, əkin sahələrinin dağıdılması, Qarabağdakı suvarma sistemlərinin məhv edilməsi həm Qarabağda,həm də bura yaxın olan ərazilərdə kənd təsərrüfatının tənəzzülə uğraması, ölkəmizə böyük maddi və mənəvi zərbə vurulması demək idi. Bu gün Qarabağın azad edilməsi ölkənin kənd təsərrüfatının dirçəldilməsi və yenidən qurulması, ərzaq və kənd təsərrüfatı məhsullarının xaricdən asılılığının aradan qaldırılması deməkdir. Təməli qoyulan Şirvan suvarma kanalı da bu məqsədə xidmət edən layihələrdən biri kimi çox böyük önəm daşıyır.

Bundan əvvəl də aqrar sahədə gözəçarpan yeniliklər həyata keçirilmişdir. Taxtakörpü su anbarının istifadəyə verilməsi, Şəmkirçay su anbarının bərpası hektarlarla yeni əkin sahəsinin yaradılması deməkdir. Şirvan suvarma kanalı həm həcminə görə,həm də əkin sahələrinin əhatə dairəsinə görə çox böyük layihədir ki, ölkəmizin inkişafında bu kanalın çox böyük rol oynayacağı göz qabağındadır.

Yeni layihələr də hazırlanır və həyata keçirilmək üzrədir. Qarabağ su kanalının inşası gələn il həyata keçiriləcək və bu layihə də 115 min hektar əkin sahəsini əhatə edəcəkdir. Bu layihələrin həyata keçirilməsi kənd təsərrüfatının inkişaf etdirilməsi, məşğulluğun artırılması və əhalinin rifah halının yaxşılaşdırılması deməkdir. Bu isə iqtisadi inkişafın ən əsas göstəricisidir.

Hal-hazırda dünyada qlobal iqlim dəyişiklikləri hökm sürməkdədir. Bu problem bütün dövlətləri narahat etdiyi kimi Azərbaycanı da narahat edir. Hər il ölkəmiz quraqlıqla üzləşmiş və bu Azərbaycanın aqrar sektoruna təsirsiz ötüşməmişdir. Ölkəmizdə kifayət qədər su mənbəyi mövcuddur. Bu mənbələrdən səmərəli istifadə etməklə kənd təsərrüfatında özünü göstərən su çatışmamazlığını aradan qaldırmaq mümkündür. Bütün dünyada olan su çatışmamazlığı bizə də öz təsirini göstərmişdir. Ölkədəki böyük çayların suyunun azaalması, kiçik çayların yay aylarında quruması, Xəzər dənizində su səviyyəsinin azalması göz önündə olan proseslərdir. Bunların qarşısının alınmasında və kənd təsərrüfatı üçün kifayət qədər su ehtiyatının hazırlanmasında təməli qoyulan Şirvan kanalının və gələcəkdəistifadəyə veriləcək su anbarları və suvarma kanallarının böyük iqtisadi səmərəsi var.

Vaxtı ilə ərazimizin 20 faizinin işğal olunması ölkəmizdə yaranmış su probleminə də təsir göstərmişdir. Ermənistanın Qarabağdakı su mənbələrini nəzarət altında saxlaması nəinki Qarabağın özündə, həm də burdakı su ehtiyatlarından istifadə edən ətraf rayonlarda öz mənfi təsirini göstərmiş, əkin və suvarma işlərində problemlər yaratmışdır. Zəfər günündən sonra bu problem də öz həllini tapmaqdadır. Bu gün Qarabağda həyata keçirilən infrastruktur layihələrinin arasında vaxtı ilə mövcud olmuş su ehtiyatlarının bərpası, yeni su ehtiyatlarının yaradılması əsas yerlərdən birini tutur.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan regionun güclü dövlətinə çevrilmişdir və müxtəlif iri miqyaslı layihələri həyata keçirmək, ölkədə siyasi və iqtisadi tarazlığı təmin etmək gücünə malikdir. Şirvan suvarma kanalının təməlqoyma mərasimində Prezident İlham Əliyevin çıxışı bir daha bildirdi ki, Azərbaycan qarşıya çıxan bütün problemləri həll etməyə qadir olan bir ölkədir. Düzgün iqtisadi və aqrar siyasətinin hazırlanıb həyata keçirilməsi ölkənin gələcək inkişafı üçün təməl rolunu oynayır. Görülən bütün tədbirlərin, bütün layihələrin əsasında isə insan faktoru dayanır. Həyata keçirilən və hələ nəzərdə tutulan bütün layihələr ölkəmizin iqtisadi qüdrətinin artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir. Prezident çıxışında bir daha vurğulamışdır ki, ölkəmiz bütün layihələri həyata keçirmək qüdrətinə malikdir, həyata keçirilən infrastuktur layihələri isə Azərbaycanın daha güclü dövlətə çevrilməsi siyasətinə xidmət edir. Bu siyasət dönmədən davam etdiriləcəkdir.

 

Əliyev Akif,

Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

 







XƏBƏR LENTİ

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:40
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:38
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18.05.2024 | 15:36
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

18.05.2024 | 15:34
“Prezidentlərin Füzuli və Şuşaya səfərləri vacib hadisələrlə yadda qaldı”

18.05.2024 | 15:30
“Usta mənəm”

18.05.2024 | 15:21
İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil

18.05.2024 | 13:58
Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq

18.05.2024 | 13:57
Abşeron rayonunun Masazır kəndi və Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib- Video

18.05.2024 | 13:54
Para-atletimiz Lamiyə Vəliyeva dünya çempionu olub

18.05.2024 | 11:19
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib

18.05.2024 | 11:11
Azərbaycanda attestatla universitetə qəbul ola bilər? - DİM sədrindən AÇIQLAMA

18.05.2024 | 11:09
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

18.05.2024 | 11:06
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

18.05.2024 | 11:00
Milli Kitabxanada “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18.05.2024 | 10:53
Sabah ilin ən şanslı günüdür - Bu bürclərin bütün arzuları reallaşacaq

18.05.2024 | 10:40
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto

18.05.2024 | 10:33
“Həmin qadının…” – İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

18.05.2024 | 10:12
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

18.05.2024 | 09:54
Maradonanın rekordunu təzələdi

18.05.2024 | 09:37
Lukaşenkonun Azərbaycana səfəri belə yadda qaldı - Video

18.05.2024 | 09:33
93,5 balla ölkə birincisi oldu - Foto

18.05.2024 | 09:28
“Microsoft” şirkəti “Windows 10”da 21H2 versiyasını dəstəkləməyi dayandıracaq.

18.05.2024 | 09:24
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

18.05.2024 | 09:21
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı

18.05.2024 | 00:36
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

17.05.2024 | 23:53
Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub

17.05.2024 | 23:38
Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər

17.05.2024 | 23:36
Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

17.05.2024 | 23:30
Alimlər Misir piramidalarının tikintisinin sirrini açdı – Nilin yoxa çıxmış qolu...

17.05.2024 | 23:25
Sülhməramlıların növbəti hissəsi bu gün yola salınıb - VİDEO

17.05.2024 | 23:20
"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" - Qriqoryan

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031