Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində yeni dövr başlayır

Image

Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində yeni dövr başlayır

Azərbaycanın son otuz ildə xarici siyasət prioritetləri praktiki olaraq dəyişməyib. Ərazi bütövlüyünün bərpası, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, möhkəm regional iqtisadi tərəfdaşlıqların inkişafı, eləcə də çoxtərəfli siyasət ölkənin xarici siyasət strategiyasında prioritet olaraq qalır. Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi siyasi konyukturun yox, ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Uzun illər Qərbin amansız istismarına məruz qalan “Qara qitə” ölkələrinin “soyuq müharibə”nin başa çatmasından sonra geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri bunun sübutu idi. Bu səfərin Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin əsasını qoyacağına inam böyükdür. Münasibətlərimizin təməlini qoyan və çox önəmli, eyni zamanda, sanballı bir sənəd kimi qiymətləndirilən Əməkdaşlıq haqqında Bəyannamə iki ölkənin gələcək fəaliyyətinin perspektivlərini müəyyən edəcək və inkişafa təkan verəcək.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Xatırladaq ki, iki ölkə arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilib. 

İndi hər iki ölkə mövcud potensiallardan istifadə edərək, ikitərəfli əlaqələri inkişaf etdirmək istəyirlər. Bunun üçün zəruri şərait də var. Neft və enerji, təbii ehtiyatlar, ictimai xidmətlər sektoru, təhsil, turizm, humanitar elmlər və digər sahələrdə tərəflər sıx əməkdaşlıq münasibətləri yarada bilərlər. 

Qeyd etmək yerinə düşər ki, Konqo əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malikdir. Ancaq uzun illər bu sərvətlər avropalılar tərəfindən amansızcasına istimar edilib. Bu gün Afrika ölkələri hegemonluğa, müəyyən dövlətlərin hökmranlığına, təbii sərvətlərin istismarına qarşı çıxır. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bu məsələyə toxunaraq bildirdi ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin ümumi fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Konqo lideri xüsusilə vurğuladı ki, ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartalara qarşı birlikdə mübarizə aparacaq.

Prezident İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxışında neomüstəmləkəçilik siyasətinə toxunaraq qeyd etdi ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durur. Prezident İlham Əliyev Azərbaycanda Bakı Təşəbbüs Qrupunun yaradıldığını xatırladaraq diqqətə çatdırdı ki, bu gün dünya miqyasında böyük hörmətə malik olan bu qurumun nəticələri göz qabağındadır. Bəli, Azərbaycanın təşəbbüsü ilə yaradılan bu qrup beynəlxalq aləmdə öz sözünü deyən quruma çevrilib. 

Azərbaycan lideri iqtisadi əlaqələrin perspektivindən də danışaraq nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verildiyini, ölkəmizin Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsinə sərmayə yatıracağını açıqladı. Eyni zamanda, ölkəmizin zəngin mədənçilik təcrübəsi var və neft-qaz sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet sahələrdən biri ola bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Mühüm dövlətlərarası sənədlərin imzalanması və müvafiq göstərişlərin verilməsi belə deməyə əsas verir ki, yaxın aylarda Azərbaycan və Konqo arasında təmaslar intensivləşəcək.

Deputat sonda qeyd edib ki, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Afrika ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu baxımdan Konqo ilə dost əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri ikitərəfli əməkdaşlığın səhifəsini açdı. Şübhə yoxdur ki, ölkələrin dost əlaqələr qurmaq istəyi bu əməkdaşlıq shifəsini dolğun, hər iki xalqın mənafeyinə uyğun siyasi-iqtisadi, eləcə də humanitar layihələrin reallaşdırılması ilə zənginləşdirəcək.

 

Şükufə Əhmədova,

Xəzər rayonu, 125 nömrəli məktəbin müəllimi







XƏBƏR LENTİ

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:40
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:38
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18.05.2024 | 15:36
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

18.05.2024 | 15:34
“Prezidentlərin Füzuli və Şuşaya səfərləri vacib hadisələrlə yadda qaldı”

18.05.2024 | 15:30
“Usta mənəm”

18.05.2024 | 15:21
İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil

18.05.2024 | 13:58
Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq

18.05.2024 | 13:57
Abşeron rayonunun Masazır kəndi və Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib- Video

18.05.2024 | 13:54
Para-atletimiz Lamiyə Vəliyeva dünya çempionu olub

18.05.2024 | 11:19
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib

18.05.2024 | 11:11
Azərbaycanda attestatla universitetə qəbul ola bilər? - DİM sədrindən AÇIQLAMA

18.05.2024 | 11:09
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

18.05.2024 | 11:06
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

18.05.2024 | 11:00
Milli Kitabxanada “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18.05.2024 | 10:53
Sabah ilin ən şanslı günüdür - Bu bürclərin bütün arzuları reallaşacaq

18.05.2024 | 10:40
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto

18.05.2024 | 10:33
“Həmin qadının…” – İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

18.05.2024 | 10:12
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

18.05.2024 | 09:54
Maradonanın rekordunu təzələdi

18.05.2024 | 09:37
Lukaşenkonun Azərbaycana səfəri belə yadda qaldı - Video

18.05.2024 | 09:33
93,5 balla ölkə birincisi oldu - Foto

18.05.2024 | 09:28
“Microsoft” şirkəti “Windows 10”da 21H2 versiyasını dəstəkləməyi dayandıracaq.

18.05.2024 | 09:24
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

18.05.2024 | 09:21
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı

18.05.2024 | 00:36
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

17.05.2024 | 23:53
Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub

17.05.2024 | 23:38
Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər

17.05.2024 | 23:36
Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

17.05.2024 | 23:30
Alimlər Misir piramidalarının tikintisinin sirrini açdı – Nilin yoxa çıxmış qolu...

17.05.2024 | 23:25
Sülhməramlıların növbəti hissəsi bu gün yola salınıb - VİDEO

17.05.2024 | 23:20
"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" - Qriqoryan

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031